Hostinq seçimi SEO-ya necə təsir edir?
Google səhifə sürətini sıralama faktoru kimi nəzərə alır. Yavaş server, tez-tez yaranan kəsintilər və ya zəif təhlükəsizlik saytın həm mövqelərinə, həm də istifadəçi təcrübəsinə mənfi təsir edir. Ucuz, həddindən artıq yüklənmiş paylaşılan hostinqlər çox vaxt bu problemlərin mənbəyidir.
Biz saytları performans üçün optimallaşdırılmış serverlərdə yerləşdirir, CDN və keşləmə ilə həm Azərbaycan, həm də xarici ziyarətçilər üçün sürətli açılmasını təmin edirik.
.az domen, yoxsa .com?
Əsas auditoriyanız Azərbaycandadırsa, .az domeni yerli etibar və lokal SEO baxımından üstünlük verə bilər. Beynəlxalq fəaliyyət üçün isə .com daha universaldır. Bir çox şirkət hər iki domeni qeydiyyatdan keçirib birini digərinə yönləndirir — bu, brendinizi qorumağın ən yaxşı yoludur.
Saytınızı bizə pulsuz köçürək
Hazırkı hostinqinizdən narazısınızsa, saytınızı və e-poçtlarınızı fasiləsiz və məlumat itkisi olmadan köçürürük. Köçürmədən sonra sürət testi edir və nəticələri sizinlə paylaşırıq.
